İrandan gələn narkotikin ardı-arası kəsilmir
Dövlət Sərhəd Xidməti növbəti narkotik qaçaqmalçılığının qarşısı alıb
Dövlət Sərhəd Xidməti: Ölkəyə narkotik qaçaqmalçılığının qarşısı alınıb.
İyunun 13-də saat 04:22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Geytəpə” sərhəd dəstəsinin ərazisində həyata keçirdikləri sərhəd-axtarış və əməliyyat tədbirləri nəticəsində 28 kiloqram 288 qram marixuananın qaçaqmalçılıq yolu ilə gətirilməsi müəyyən edilib.
Narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.