Türkiyədə Fransa kəşfiyyatına qarşı əməliyyat keçirilib. Bu barədə "Sabah" qəzeti yazıb.
Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casuslarına qarşı keçirilən əməliyyat zamanı 3 nəfər tutulub.
Qəzetin yazdığına görə, Suriya əsilli Ahmet Katienin rəhbərlik etdiyi 3 nəfərlik casus şəbəkəsi Türkiyə ilə bağlı saxta məlumat və sənədləri Fransa kəşfiyyatına ötürüb.
Əməliyyatın Türkiyə Milli Kəşfiyyat Təşkilatı tərəfindən həyata keçirildiyi bildirilir.