XƏBƏRLƏR / Kriminal

Axtarışda olan hindistanlı ölkəsinə təhvil veriləcək

Bu haqda məlumatı Hindistan mediası yayıb

Axtarışda olan hindistanlı ölkəsinə təhvil veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən ilin oktyabr ayında Azərbaycanda həbs olunan hindistanlı Sunil Mina kimi tanınan Mayank Sinqh avqustun 23-də Hindistana ekstradisiya olunacaq.

    Bu haqda məlumatı Hindistan mediası yayıb.

    Məlumata görə, Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətdə iştirakına dair inandırıcı sübutlar təqdim edib, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsinə kömək edib.

    Hindistanın Carkhand ştatında ən çox axtarılan şəxs ölkədən qaçmazdan əvvəl Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törətməkdə ittiham olunur.

    İttihama görə, Mayank Sinqh biznesmenləri internet zəngləri ilə hədələyərək onlardan pul tələb edib. Onun sosial mediada çox aktiv olduğu və "Facebook" vasitəsilə özünün odlu silahla şəkillərini paylaşdığı bildirilir.

    Carkhand ştatının Daxili İşlər Baş İdarəsinin rəisi Anuraq Gupta deyib ki, bu, polisi orqanlarının böyük uğurudur.