XƏBƏRLƏR / Kriminal

Aparıcı Azər Zahid barəsində həbs qərarı verildi

Sosial şəbəkədə əxlaqsızlığı təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb

Aparıcı Azər Zahid barəsində həbs qərarı verildi
Azər Zahid
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

    Sosial şəbəkədə əxlaqsızlığı təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.

    Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

    Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, “tiktok” əməliyyatı ilə 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.