XƏBƏRLƏR / Kriminal

Tərtərdə gənc oğlan 14 yaşlı yeniyetməni qətlə yetirdi

DIN xəbər verir

Tərtərdə gənc oğlan 14 yaşlı yeniyetməni qətlə yetirdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvar ayının 1-də saat 1 radələrində Tərtər rayonu ərazisində rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb.

    İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.