XƏBƏRLƏR / Kriminal

Ağcəbədidə 32 yaşlı kişi qardaşı arvadını öldürdü

DİN xəbər verir

Ağcəbədidə 32 yaşlı kişi qardaşı arvadını öldürdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.