XƏBƏRLƏR / Kriminal

Şamaxıda kişi qayınatasını bıçaqla öldürüb YENİLƏNİB

Hadisə ailə münasibətləri zəminində başverib

Şamaxıda kişi qayınatasını bıçaqla öldürüb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:27

    Şamaxıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    ***

    10:18

    Şamaxıda qətl hadisəsi baş verib.

    Hadisə gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb.

    İlkin məlumata əsasən, kürəkən 1994-cü il təvəllüdlü Əliyev Teymur Vüqar oğlu ailə münasibətləri zəminində qayınatası 1971-ci il təvəllüdlü Quliyev Elşən Seyfi oğluna bıçaqla xəsarət yetirib və ağır yaralayıb.

    Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin həyatını xilas etmək olmayıb. Bıçaqlanan şəxs bir müddət sonra xəstəxanada keçinib.

    Faktla bağlı araşdırma aparılır.