ABŞ-nin Şimali Karolina ştatının Şarlotte şəhərində baş verən atışma zamanı 3 zabit həlak olub, 5 polis yaralanıb.
Hadisə ABŞ Marşalları Operativ Qrupu şübhəli şəxsə qanunsuz odlu silah gəzdirməyə görə həbs orderi təqdim edərkən baş verib.
Polislər şübhəli şəxsin evinə yaxınlaşarkən içəridən atəş açılıb. Hadisə zamanı həlak olanlar ABŞ Marşalları Operativ Qrupunun üzvləridir. Hadisə zamanı şübhəli şəxs öldürülüb. Atışmada qarşı tərəfdə birdən artıq şəxsin iştirak etməsinə dair araşdırma aparılır.