SEPAH Naxçıvanla sərhəddə hərbi təlim keçirmək istəyir?
Bu barədə SEPAH terror təşkilatına yaxın Telegram kanallar xəbər verir
İranda SEPAH terror təşkilatına yaxın saytlar və Telegram kanalları Naxçıvan Muxtar Respublikası sərhədi yaxınlığında yeni hərbi təlimlər keçirməyə hazırlaşdıqları barədə xəbər yayıb.
Məlumatda qeyd olunub ki, bunun üçün bölgəyə 300-dən çox hərbi texnika və tankın gətirilib.
Lakin İranın rəsmi xəbər agentliklərində bu barədə heç bir məlumata rast gəlmək olmur.
Xatırlatmaq yerinə düşər ki, İran son vaxtlar Azərbaycan sərhədləri yaxınlığında daha iki təlim keçirib.