Separatçıların başçısı Moskvadan göstəriş gözləyir
Bu barədə Ermənistanın "Hraparak" qazeti yazır
Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Moskvadan göstəriş gözləyir - "Hraparak"
Paşinyanla sonuncu görüşdən sonra o, Xankəndinə məyus qayıdıb, çünki Paşinyan Bakının Qarabağın Azərbaycanla inteqrasiyasına alternativin olmaması barədə dediyi sözləri təkrarlayıb.
Arutyunyan hesab edir ki, onun separatçıların lideri kimi başqa işi yoxdur və istefaya gedir. Erməni siyasi dairələri istisna etmirlər ki, Moskva Arutyunyanı fikrindən daşındıra bilər.