XƏBƏRLƏR / Kriminal

ABŞ-da atışma olub: altı nəfər öldürülüb

Bu barədə “NBC News” məlumat yayıb

ABŞ-da atışma olub: altı nəfər öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bazar ertəsi axşam ABŞ-ın Manhetten şəhərinin mərkəzində ofis binasında baş verən atışmada biri polis də daxil olmaqla 6 nəfər həlak olub.

    Bu barədə Nyu-York polisinin nümayəndəsinə istinadən “NBC News” məlumat yayıb.

    Ölənlər arasında Nyu-Yorkun polis zabiti də var.

    Hüquq-mühafizə orqanlarındakı mənbələr atəş açan şəxsin intihar etdiyini bildirib.

    Cinayətin konkret motivi məlum deyil. İstintaq hücumçunun şəxsiyyəti əsasında müxtəlif versiyaları araşdırır.