XƏBƏRLƏR / Kriminal

İranın cənub-şərqində xeyriyyə mərasiminə silahlı hücum olub

"Sepah"ın korpus komandiri ölüb

İranın cənub-şərqində xeyriyyə mərasiminə silahlı hücum olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13:20

    İranda silahlı hücum olub, 4 nəfər ölüb.

    Bu barədə İran mediası məlumat yayıb.

    Naməlum şəxslərin silahlı hücumu nəticəsində Sistan və Bəlucistan vilayətinin Nikşəhr rayonunda yerləşən Bent şəhərinin SEPAH komandiri Pərviz Kodxodaei öldürülüb.

    Hücum zamanı Bent Şəhər Şurasının rəhbəri Yusif Şirani və iki əsgər də həyatını itirib.

    İki nəfər isə ağır yaralanıb.

    ***

    12:47

    İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətininin Nikşəhr dairəsinin Bent rayonunda xeyriyyə tədbirinə silahlı hücum nəticəsində üç nəfər ölüb, ikisi yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

    “Mehr” xəbər verir ki, bu barədə Nikşəhr valisi Mucib Hüsni məlumat verib.

    Bildirilib ki, ölənlərdən biri "Sepah"ın Bent korpusunun komandiri Pərviz Kodxodaeidir.