XƏBƏRLƏR / Kriminal

“Crocus City Hall”da baş verən atışmada 40 nəfər ölüb

100 nəfər yaralanıb

“Crocus City Hall”da baş verən atışmada 40 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Crocus City Hall” ticarət mərkəzində baş verən atışma və partlayış nəticəsində ilkin məlumata görə 40 nəfər ölüb, 100 nəfər yaralanıb.

    Hadisə yerində operativ qərargah yaradılıb, zərərçəkənlərin sayı dəqiqləşdirilir.

    Rusiya Xarici İşlər Nazirliyi hadisəni qanlı terror aktı adlandırıb.

    İlkin məlumatlara görə, yanğınsöndürənlər “Crocus City Hall”dan təxminən 100 nəfəri təxliyə ediblər.

    Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hadisə yerinə gedib, ölənlərin ailələrinə başsağlığı verib.

    Rusiya Milli Qvardiyasının Qoşun Xidmətlərinin (“Rosqvardiya”) xüsusi bölmələrinin döyüşçüləri hadisə yerindədirlər.

    Şahidlərin bəziləri atəş açanların 5 saqqallı şəxs olduğunu bildiriblər. Onların hələ də binada qaldıqları ehtimal edilir.

    Hadisə ilə əlaqədar, həmçinin Moskvanın beynəlxalq aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

    21:42

    Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma və partlayış olub.

    Şahidlərin sözlərinə görə, hərbi geyimdə olan şəxlər avtomat silahlardan atəş açıblar. Yerli mətbuat təxminən 10 nəfərin yaralandığını yazır.

    Hadisə zamanı partlayışın olduğu və binada yanğının başladığı bildirilir.