AŞ-nın sabiq Baş katibi Yaqland korrupsiyada ittiham olunur
Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi Norveç hökumətinin müraciətləri əsasında Yaqlandın toxunulmazlığını ləğv edib
Avropa Şurasının sabiq Baş katibi Torbyorn Yaqlandın toxunulmazlığı ləğv edilib.
Avropa Şurasının saytı xəbər verir ki, şuranın Nazirlər Komitəsi Norveç hökumətinin müraciətləri əsasında Yaqlandın toxunulmazlığını ləğv edib.
Qeyd edək ki, sabiq Baş katib korrupsiyada və Ceffri Epşteynlə əlaqədə ittiham olunur.
O, 2009-1019-cu illərdə Avropa Şurasının Baş katibi və 1996-1997-ci illərdə Norveçin Baş naziri olub.
1 dəqiqədən az