XƏBƏRLƏR / Kriminal

Xankəndi ərazisində xeyli silah-sursat tapıldı

DİN-in məlumatı

Xankəndi ərazisində xeyli silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.

     Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.