Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərov ov silahından açılan atəş nəticəsində aldığı xəsarətlə müalicə aldığı xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.