İrandan Rusiyaya “gavalı və üzüm” yerinə 76 kq nəşə FOTO
Dövlət Gömrük Komitəsi xəbər verir
İrandan Rusiyaya tranzitlə gedən yük maşınında 76 kiloqramdan çox narkotik vasitə aşkar edilib.
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə aşkar edilib.
Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “gavalı və üzüm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli çizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsindəki yüklər boşaldılıb, kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlama aparılıb.
Xidməti itin reaksiyasına əsasən üzüm yükü olan 80 yeşikdən gömrük nəzarətindən gizlədilən, ümumi xalis çəkisi 76 kq 135 qram təşkil edən narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.