XƏBƏRLƏR / Kriminal

Şuşada silah-sursat aşkarlandı

Bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Şuşada silah-sursat aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşada silah-sursat aşkar edilib. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

    Tapılan 1 “İqla” hava hücumundan müdafiə sistemi, 1 “Faqot” tank əleyhinə sistem, 1 avtomat, 1 tüfəng, 9 müxtəlif növ əl qumbarası, 45 müxtəlif növ mərmi, 4 partlayıcı, 1325 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.