Baş prokuror Kamran Əliyev Bakıda 5 nəfərin qətli ilə bağlı
“Belə şəxslərin azadlıqda olması cəmiyyətimiz üçün təhlükə yaradır"
Baş prokuror Kamran Əliyev 5 ailə üzvünün qətlini törədən və məhkəmə tərəfindən 4 ay müddətinə həbs edilən Əhməd Əhmədovun əməllərinə münasibət bildirib.
“Belə şəxslərin azadlıqda olması cəmiyyətimiz üçün təhlükə yaradır. Bununla bağlı müvafiq təkliflər hazırlayacağıq. Amma indi də hiss edirəm ki, müəyyən boşluqlar var. Ola bilsin ki, qanunlarda və onların tətbiqində boşluqlar var və ona görə də cəmiyyət üçün təhlükəli olan bu şəxs bu cinayəti törədib. Düşünürəm ki, baş verənlər barədə ciddi düşünməliyik”, - deyə K.Əliyev bildirib.
Fevralın 13-də münaqişə zamanı Əhməd Əhmədov atası Mehman Əhmədovu, anası Bikya Əhmədovanı və kiçik qardaşını balta ilə qətlə yetirib. Bundan əvvəl o, bacısı Elmira Əhmədova və onun azyaşlı uşağını qətlə yetirib.