Laqodexidə dörd Azərbaycan vətəndaşı həbs edilib
Bu barədə Gurcüstanın Daxili İşlər Nazirliyinin sərhəd polisi xəbər yayıb
Gurcüstanın Daxili İşlər Nazirliyinin sərhəd polisi Laqodexinin Matsimi sektorunda 2002-2005-ci illər arasında anadan olmuş dörd Azərbaycan vətəndaşını saxlayıb. Onlar sərhəd-keçid məntəqəsini keçərək qrup halında Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd ediblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi - qrup tərkibində dövlət sərhədini qanunsuz keçmə - ilə aparılır ki, bu da beş ilə qədər həbs cəzası nəzərdə tutur.
1 dəqiqədən az