Axtarışda olan Hindistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu barədə Baş Prokurorluqdan məlumat verilib
Hindistanın hüquq mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Singh Prabhdeep Gurrajın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildiirlib ki, həmin şəxs ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.
1 dəqiqədən az