Xankəndidə separatçılar biri-birini qırır
Azərbaycan tərəfi ilə təmasda olan Vitali Balasanyana qarşı cinayət işi açılıb
Xankəndidə keçmiş qondarma "Təhlükəsizlik Şurasının katibi" Vitali Balasanyana qarşı cinayət işi başlanıb.
Ermənistanın “Pastinfo” saytı məlumatına görə, cinayət işi Balasanyanın dönəmində qeydə alınan sui-istifadə halları ilə bağlıdır. Ola bilər ki, yaxın vaxtlarda bu iş hətta tribunal statusu da alsın.
Saytın məlumatına görə, hazırda daha bir neçə iş üzrə materiallar hazırlanır, onların əsasında yeni cinayət işləri başlana bilər.
Qeyd edək ki, Qarabağda fəaliyyət göstərən Azərbaycanın məsul şəxsləri texniki və təşkilatı məsələləri o cümlədən Balasanyanla təmasda həll edirdilər. Dələduz Ruben Vardanyan Xankəndidə peyda olan kimi Balasanyanı "vəzifədən" uzaqlaşdırdı.