XƏBƏRLƏR / Kriminal

Ağcabədidə qardaş bacısını bıçaqladı

Hadisə Avşar kəndində qeydə alınıb

Ağcabədidə qardaş bacısını bıçaqladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağcabədidə bıçaqlanma hadisəsi olub.

    Hadisə Avşar kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.

    Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.