XƏBƏRLƏR / Kriminal

Britaniyada yaralılardan ikisi uşaqdır YENİLƏNİB

BBC xəbər verir

Britaniyada yaralılardan ikisi uşaqdır YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:09

    "Liverpool" Futbol Klubunun paradında avtomobilin izdihamı aşması nəticəsində yaralanan onlarla insan arasında dörd uşaq da var.

    Təcili Yardım Xidməti bildirir ki, iyirmi yeddi nəfər xəstəxanaya aparılıb, ikisi ağır yaralanıb, o cümlədən biri uşaqdır.

    BBC xəbər verir.

    Mersisayd polisi 53 yaşlı ağdərili britaniyalının həbs edildiyini və avtomobilin sürücüsü olduğu güman edilir.

    "Hadisə terror kimi qiymətləndirilmir", - səlahiyyətlilər deyir.

    Qeyd edək ki, minlərlə insan "Liverpool" Futbol Klubunun Premyer Liqa qələbə paradı üçün şəhər küçələrində olub.

    Baş nazir Kir Starmer "Liverpuldakı mənzərələrin dəhşətli olduğunu" söyləyib.

    ***

    06:35

    Liverpulda baş vermiş hadisə nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.

    Bu haqda şəhərin Səhiyyə İdarəsi məlumat yayıb.

    Məlumata görə, yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

    ***

    26 may 2025-ci il

    23:09

    Futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı insident baş verib.

    İngiltərə mətbuatı xəbər verir ki, Liverpulun mərkəzində yerləşən “Water Street” küçəsində bir sürücü avtomobilini azarkeşlərin üstünə sürüb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Sürücü hadisə yerində saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

    Məsələ ilə bağlı açıqlamada bildirilib ki, insidentə müdaxilə olunur və vəziyyət digər fövqəladə xidmətlərlə birgə qiymətləndirilir. Hazırda xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat verilməyib.