"Oleq Bakinski” Bakıda həbs olundu
DİN-in Mətbuat Xidmətidən məlumatı təsdiqləyiblər
Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
DİN-in Mətbuat Xidmətidən məlumatı təsdiqləyiblər.
Qeyd olunub ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.