XƏBƏRLƏR / Kriminal

Şəkidə oğurluq edən qardaşlar saxlanılıb

Onlar qəbiristanlıqdan dəmir məhəccərləri oğurlayırmışlar

Şəkidə oğurluq edən qardaşlar saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəki şəhəri ərazisində silsilə oğurluqlar edən qardaşlar, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş - Əli və Məhəmməd İsaqovlar saxlanılıb. Onların mağazadan 1300 manat pul, qəbiristanlıqdan 800 manat dəyərində dəmir məhəccərlər, avtomobillərdən pul kisəsi və akkumulyatorları oğurladıqları müəyyən edilib. Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları dəmir məhəccərləri və akkumulyatorları satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri məlum olub.

    Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılanların digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır. Məhkəmənin də qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.