XƏBƏRLƏR / Kriminal

Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb

Elvin Abbasov qəbiristanlıqda çalışırmış

Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb.

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

    Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.