XƏBƏRLƏR / Kriminal

Səhiyyə Nazirliyində əməliyyat: 6 nəfər tutulub

Əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır

Səhiyyə Nazirliyində əməliyyat: 6 nəfər tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

    Əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. 

    Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

     Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

    Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.