Pakistanda terror aktı: 24 polis həlak oldu
Bu barədə France-Presse agentliyi xəbər verir
Pakistanın şimal-qərbindəki Dera İsmayıl Xan şəhərində əyalətində törədilən partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin azı 24 əməkdaşı həlak olub.
France-Presse agentliyi xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən polis bölməsində törədilib.
Hücumun məsuliyyətini “Təhrik-i-Taliban Pakistan” qruplaşması üzərinə götürüb.
“Təhrik-i-Taliban Pakistan” qruplaşması, Əfqanıstanla sərhəddə yerləşən Xeybər-Pahtunhva əyalətinin Şimali Vəziristan bölgəsində “kölgə hökumətini” qurub. Əfqanıstan hökuməti “Taliban” hərəkatı ilə birgə ABŞ işğalına qarşı mübarizə apardıqları üçün qruplaşmanın öz ərazisindəki dəstəkçilərinə qarşı loyal davranır.
Pakistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ilin avqust ayında “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Pakistanda terror aktlarının sayı 60 faiz artıb.