Ramiz Mehdiyev Akademiyanın həqiqi üzvlüyündən çıxarılacaq
Bu barədə AMEA prezidenti İsa Həbibbəyli bildirib
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri siyahısından çıxarılacaq. AMEA prezidenti İsa Həbibbəyli bildirib ki, məsələ baxılması üçün Akademiyaya təqdim olunacaq və bundan sonra yekun qərar veriləcək.
"AMEA-nın bu məsələ ilə bağlı aydın mövqeyi var. Ramiz Mehdiyevin müstəqil Azərbaycan dövlətinə qarşı hərəkətləri və ona qarşı irəli sürülən ittihamlar onun Akademiyada üzvlüyünü qəti şəkildə istisna edir. Məsələyə baxılacaq və zərurət yaranarsa, müvafiq qərar qəbul ediləcək", - Həbibbəyli bildirib.
1 dəqiqədən az