Türkiyədə silahlı insident: 2 ölü,, 2 yaralı
Bu barədə yerli mətbuat xəbər verir

Türkiyənin Sakarya vilayətinin Ekinler rayonunda iki ailədən olan 6 nəfər arasında silahlı insident olub.
Yerli mətbuat xəbər verir ki, insident zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb.
Qeyd edilir ki, hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb edilib. Xəsarət alan 4 nəfər təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, onlardan ikisi aldıqları xəsarətlərdən ölüblər.
Yaralılardan daha birinin vəziyyətinin ağır olduğu, digərinin isə həyatı üçün təhlükənin olmadığı bildirilir.
Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirən jandarm əməkdaşları hadisə yerindən qaçan iki şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb.