XƏBƏRLƏR / Kriminal

Şəhidlərə hörmətsizlik edən ərəblər deportasiya edildi

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib

Şəhidlərə hörmətsizlik edən ərəblər deportasiya edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşları ötən il avqustun 17-də Bakıda Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək qeyri-etik videolar çəkməkdə ittiham olunublar.

    Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb və hər üç şəxs həbs olunublar.

    Daha sonra Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Dünən Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirib, cəza iki ildən 6 aya endirilib. Onların həbs müddəti bu gün başa çatıb.