Separatçı xunta əhalinin hüquqlarını kəskin məhdudlaşdırır
Hakimiyyyəti zorla əllərində saxlayan bir qrup cani sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiya olmasından qorxur
Xankəndidəki separatçı xunta toplantılara məhdudiyyətlər qoyub və Azərbaycana inteqrasiya dair məlumatların dərcini qadağan edib.
Oyuncaq "prezident" Arayik Arutyunyan hərbi vəziyyətlə bağlı əlavə məhdudiyyətlər haqqında "fərman" imzalayıb:
- "bütün növ toplantılar qadağan edilir, yalnız qondarma rejimin icazəsi ilə bayram və xatirə günləri keçirilə bilər;
- İfadə azadlığı məhdudlaşdırılır, hər hansı bir kütləvi informasiya vasitəsində məlumat axtarmaq, almaq və yaymaq, müdafiə qabiliyyətinə, təhlükəsizliyə, "ərazi bütövlüyünə", "suverenliyinə", "konstitusiya" və ya ictimai asayişə, iqtisadiyyatın normal inkişafına qarşı təbliğat aparmaq qadağandır".
Xatırladaq ki, bir neçə ay əvvəl separatçı xunta əhalinin rəyini öyrənmək üçün keçirilən sosioloji sorğuları da qadağan etmişdi.
Beləliklə separatçı xunta sakinlərə açıq-aşkar zülm verərək, insan haqlarını kobud sürətdə pozur. Maraqlıdır ki, insan haqları və demokratiyanı ənənəvi müdafiə edən Qərb strukturları belə biabırçılığa göz yumurlar.