XƏBƏRLƏR / Kriminal

Biləsuvarda 25 yaşlı qadın qətlə yetirildi

S.Əlillinin həyat yoldaşı, 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub

Biləsuvarda 25 yaşlı qadın qətlə yetirildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı, 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb.

    Araşdırılmalar aparılır.