ABŞ-da ermənipərəst senator Şiffə qarşı cinayət işi açılıb
Bu barədə "Fox" telekanalı xəbər yayıb VİDEO

Ermənipərəst senator Adam Şiff (demokrat, Kaliforniya) ipoteka fırıldaqlarında şübhəli bilinir. Merilend ştatının Baş Prokurorluğu qanunvericiyə qarşı cinayət işi açıb.
Federal Mənzil Maliyyəsi Agentliyi hesab edir ki, Şiff kredit üçün daha sərfəli şərtlər əldə etmək üçün dəfələrlə saxta bank sənədləri və əmlak məlumatları təqdim etmiş ola bilər.
Vəziyyətdən asılı olaraq, o, əsas iqamətgahını gah Merilenddə, gah da Kaliforniyada yaşayış yeri kimi qeyd edib.
Qeyd edək ki, bu ermənilərin qulluqçusu olan senator Menendesə 11 il iş kəsiləndən sonra, cinayət işi açılmış ikinci ermənipərəst senatordur.