Erməni muzdlusu Bob Menendesə 11 il iş kəsildi
Keçmiş senator korrupsiya və xarici ölkələrə işləməkdə günahlandırılır

Erməni lobbiçisi ANCA-nın fəal tərəfdarı olan keçmiş ABŞ senatoru Bob Menendez korrupsiya ittihamı ilə 11 il müddətinə federal həbs cəzasına məhkum edilib.
Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş senatoru Robert Menendesi korrupsiyada və Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham edərək 11 il həbs cəzasına məhkum edib.