XƏBƏRLƏR / Kriminal

Meksikada silahlı toqquşmada 10-dan çox insan ölüb

Bu barədə yerli “El Heraldo de Mexico” qəzeti məlumat yayıb

Meksikada silahlı toqquşmada 10-dan çox insan ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cümə günü Meksikanın mərkəzində yerləşən Tekskaltitlan kəndinin sakinləri ilə silahlı qruplaşma üzvləri arasında baş verən qarşıdurma nəticəsində azı 14 nəfər həlak olub.

    Bu barədə yerli “El Heraldo de Mexico” qəzeti məlumat yayıb.

    Bildirilib ki, hadisə ərazidə fəaliyyət göstərən və fermerlərdən pul tələb edən silahlı dəstə ilə toqquşma nəticəsində baş verib. Quldurlar güc tətbiq etmək istəyərkən bir qrup sakinin müqaviməti ilə qarşılaşıblar və nəticədə qrupun 11 üzvü öldürülüb. Toqquşma nəticəsində 3 mülki şəxs də həlak olub. Dörd nəfər güllə yarası alıb, daha iki nəfər itkin düşüb.

    Meksika təhlükəsizlik qüvvələri vəziyyəti həll etmək üçün Tekskaltitlana gedib.