XƏBƏRLƏR / Kriminal

İşğaldan azad edilmiş ərazilərdə narkotik bitkilər sayılıb

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verir

İşğaldan azad edilmiş ərazilərdə narkotik bitkilər sayılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Komissiyası işğaldan azad edilmiş ərazilərdə müəyyən edilmiş narkotik tərkibli bitkilərin sayını açıqlayıb

    2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbələri əməkdaşlarının polis əməkdaşları ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində

    - Laçın rayonu ərazisində 18 427,

    - Kəlbəcər rayonunda 3 212,

    - Qubadlı rayonunda 1677 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar edilərək məhv edilib.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında deyilir.

    Məlumatda qeyd olunur ki, ötən il Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə

    - Zəngilan rayonunda 20 630,

    - Xocavənd rayonunda 11 144,

    - Füzuli rayonunda 4 665,

     - Xocalı rayonunda yabanı halda bitən 2 168 çətənə kolu aşkar edilərək məhv edilib.