XƏBƏRLƏR / Kriminal

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

    Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Oktyabrın 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.