Rusiyanın 1 nömrəli qanuni oğrusu azadlığa çıxır FOTO
Oğru Ded Xasanın varisi sayılan Şakro Molodoy səhhətinin pis olması səbəbindən vaxtından əvvəl azad ediləcək
Krasnodar diyarının Ust-Labinski rayon məhkəməsi “Şakro Molodoy” kimi tanınan kriminal avtoritet Zaxari Kalaşovun şərti azadlığa buraxılması barədə vəsatəti təmin edib.
O, Ded Xasan ləqəbli (Aslan Usoyan) başqa bir kriminal bossun ölümündən sonra Rusiya kriminal aləminin başçısı olub.
Məhkəmənin qərarına səbəb 70 yaşlı kriminal rəhbərinin səhhətinin pis olması olub.
“Məhkəmə orqanın şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı vəsatəti təmin etdi. Əsas səbəb Rusiyanın kriminal aləminin kralı, 70 yaşlı Zaxari Kalaşovun səhhətinin pis olmasıdır”, - "112" teleqram kanalı yazır.
Zaxari Kalaşovun azadlığa çıxma tarixi hələ müəyyən edilməyib.
Şakro Molodoy 2013-cü ildə Ded Xasan ləqəbli əsas qanuni oğru öldürüldükdən sonra Rusiya Federasiyasında kriminal aləmin kralı olub. Kalaşov Moskvanın Roçdelskaya küçəsində yerləşən restoranın sahibindən pul tələb etdiyi üçün 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəza müddətini 2018-ci ildə alıb. Təqsirləndirilən şəxs günahını etiraf etməyib.
Şakronun "kürd" oğru qrupu Kutaisi kriminal birləşməsinin rəhbəri Taro ləğəbli (Tariel Oniani) kriminal avtoriteti ilə münaqişədədir. Onlar Rusiyanın kriminal tacı uğrunda ölüm-dirim münasibətlərindədilər.
Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğrulardan Rövşən Lənkəranski Taronun tərəfdarı idi, Lotu Quli isə Şakro Molodoyu dəstəkləyirdi.