XƏBƏRLƏR / Kriminal

Abşeronda qətl hadisəsi baş verib

Bu barədə rayon prokurorluğu xəbər verib

Abşeronda qətl hadisəsi baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam edir