XƏBƏRLƏR / Kriminal

“TikTok” əməliyyatlarında saxlanılan 2 nəfər də həbs edildi

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb

“TikTok” əməliyyatlarında saxlanılan 2 nəfər də həbs edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının “TikTok” əməliyyatları nəticəsində saxlanılan daha iki nəfər həbs edilib.

    Onlara qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa" ləqəbli Vüqar Zeynalzadə və "Nuh" ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, dekabrın 25-də həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

    İstintaq tədbirləri davam etdirilir.