XƏBƏRLƏR / Kriminal

Sabirabadda yanğın törədən şəxs saxlanılıb

Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb

Sabirabadda yanğın törədən şəxs saxlanılıb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabirabadda yanğın törədən şəxs saxlanılıb.

    Sabirabad rayonunun Zəngənə kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

    Araşdırmalarla yanğının E.Məlikov tərəfindən törədildiyi məlum olub.

    Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.