XƏBƏRLƏR / Kriminal

ABŞ-da atışma oub, ölən və yaralılar var

Hadisə Roçester Hills şəhərində qeydə alınıb

ABŞ-da atışma oub, ölən və yaralılar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Miçiqan ştatında atışma baş verib.

    Bu barədə CNN məlumat yayıb.

    Hadisə Roçester Hills şəhərində qeydə alınıb.

    Belə ki, şənbə günü Miçiqan ştatının Roçester Hills şəhərindəki istirahət zonasında ən azı 8 nəfərin yaralanması ilə nəticələnən atışmada şübhəli bilinən şəxs yaxınlıqdakı evdə ölü tapılıb.

    Yaralılar Roçester Hillsdəki "Brooklands Plaza Splash Pad"da baş verən atışmada yaralanıb və müxtəlif növ xəsarətlərlə bir çox xəstəxanaya aparılıblar.

    Polis bildirib ki, şübhəli təxminən 28 dəfə atəş açıb. Atışma yerindən bir tapança və üç boş daraq apılıb. Hadisənin səbəbi barədə hələlik məlumat yoxdur.