XƏBƏRLƏR / Kriminal

Ağdamda çoban həmyerlisini güllələyib, sonra özünə qəsd edib

Hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb

Ağdamda çoban həmyerlisini güllələyib, sonra özünə qəsd edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib.

    Hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.

    1975-ci il təvəllüdlü Rövşən Şirinov, həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Elşad Gözəlov isə sonradan özünə atəş açıb. O aldığı yaradan ölüb.

    R.Şirinovun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.