XƏBƏRLƏR / Kriminal

Separatçı RubenVardanyan apelyasıya şikayəti verməyəcək

Bu barədə o qohumları vasitəsiylə məlumat yayıb

Separatçı RubenVardanyan apelyasıya şikayəti verməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20 il həbs cəzasına məhkum olan separatçı və cinayətkar Ruben Vardanyan Bakı Hərbi məhkəməsinin çıxardığı hökmə apelyasiya şıkayəti verməyəcək.

    Bu barədə onun ailəsi bəyanat yayıb.

    Bəyanatda deyilir ki, "Ruben apelyasiya şikayəti verməmək qərarına gəlib. Bu qərar hökmün qəbul edilməsi və ya müdafiədən imtina edilməsi demək deyil. Bu, əvvəldən ədalətdən məhrum olan prosesi qanuniləşdirməkdən şüurlu şəkildə imtina etməkdir."

    Bir sözlə, Vardanyanın davranışından və hərəkətlərindən belə qənaətə gəlmək olar ki, o Azərbaycan həbsxanasında özünü tam təhlükəsiz hiss edir və azadlıqda olsa bəzi dövlətlər onun sahib olduğu məlumatlar və faktlardan çəkinərək, onu aradan götürə bilər. Ona görə də o, əlindən gələni edir ki, Azərbaycanda sığınacaq tapıb həyatını xilas etsin.