XƏBƏRLƏR / Kriminal

Türkiyəyə axtarışda olan 90 nəfər ekstradisiya olunub

"TRT Haber"in məlumatı

Türkiyəyə axtarışda olan 90 nəfər ekstradisiya olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Daxili İşlər Nazirliyi (DİN) müxtəlif cinayətlərdə təqsirli bilinən 90 nəfərin Ankaraya ekstradisiya olunduğunu elan edib.

    Türkiyə DİN-in məlumatına görə, 16 ölkənin hakimiyyət orqanları tərəfindən “İnterpol”un qırmızı bülletenləri ilə axtarışda olan 42 nəfərin Türkiyəyə ekstradisiyası barədə qərarlar verilib.

    Türkiyəyə ən çox sayda şübhəli şəxs (58 nəfər) Gürcüstandan ekstradisiya edilib.

    Axtarışda olan Türkiyə vətəndaşlarından 12-si Almaniyadan, ikisi Bolqarıstan və Yunanıstandan, daha iksi Niderland və Şimali Kipr Türk Cümhuriyyətindən gətirilib. Qalan şəxslər Avstriya, Belarus, Birləşmiş Krallıq, İtaliya, Yaponiya, Qırğızıstan, Şimali Makedoniya, Moldova, Tailand və Ukraynadan ekstradisiya olunub.