Anastas Mikoyanın nəticəsi qardaşını və nənəsini öldürüb
Qatil Roman Mikoyan məşhur Rusiya musiqiçisi Stas Naminin oğludur FOTO
Anastas Mikoyanın nəticəsi Roman Mikoyan qardaşını və nənəsini xüsusi qəddarlıqla öldürüb.
Meyitlər Moskvanın İstra rayonundakı bağ evində tapılıb. 85 yaşlı Praskovya Tkaçenko və 30 yaşlı Artyom Mikoyanın cəsədlərində ekspertlər çoxlu bıçaq xəsarətləri hesablayıblar.
Artyomun ögey qardaşı, 39 yaşlı Roman Mikoyanın günahkar olduğu üzə çıxıb. O, özü polisə zəng edib və onları qətl yerində gözləyib.
Qeyd edək ki, Qatil Roman Mikoyan və qətlə yetirilən Artyom Mikoyan məşhur Rusiya musiqiçisi Stas Naminin oğullarıdır.