XƏBƏRLƏR / Kriminal

Tovuz sakini bibisini fermada güllələyib

Hadisə rayonun Əlimərdanlı kəndində baş verib

Tovuz sakini bibisini fermada güllələyib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:45

    Avqustun 6-da Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam edir.

    ***

    14:28

    Tovuz rayonunda silahlı insident baş verib.

    1997-ci il təvəllüdlü Ülvi İsayev adlı şəxs bibisi, 1961-ci il təvəllüdlü Məlahət İsayevanı odlu silahla qətlə yetirib.

    Hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb.

    İlkin məlumata görə, əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.