Atasına bıçaqla xəsarət yetirən şəxs saxlanıldı
Hadisə Abşeronun Masazır kəndində baş verib
Bakı şəhəri Abşeron rayonu Masazır kəndində atasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Əliyev Ceyhun Mobil oğlu Abşeron rayonu Masazır kəndi, Hamlet Həşimov küçəsi, ev 15 ünvanında yerləşən mənzildə atası - 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğlu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vuraraq Mobil Əliyevə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin (CM) 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Ceyhun Əliyev 22.01.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 24 yanvar 2024-cü il tarixdə o, CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilib.